Silva: “Mövsümün sonunda “Çelsi”ni tərk edəcəm”

“Çelsi”nin müdafiəçisi Tiaqo Silva klubdan ayrılacağı haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu mövsümün sonunda London klubundan ayrılacağını deyib:

“Mövsümün sonunda “Çelsi”ni tərk edəcəm. Vidalar gedənlər və geri qayıtmayanlar üçündür. Amma mən bir gün “Çelsi”yə qayıtmaq niyyətindəyəm”.

Daha əvvəl məlum olmuşdu ki, 39 yaşlı futbolçu mövsümün sonunda “zadəganlar”ın düşərgəsini tərk edəcək.

Braziliyalı futbolçu 2020-ci ildən “Çelsi”nin rənglərini qoruyur. O, bu müddət ərzində 151 matçda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib. Silvanın “Çelsi” ilə müqaviləsi iyunun sonunda başa çatır. “Transfermarkt” portalı futbolçunun dəyərini iki milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button