
Silva “Çelsi”dən ayrılığını yada saldı: “Ailəm üçün çox darıxırdım”
“Portu”nun müdafiəçisi Tyaqo Silva 2024-cü ildə “Çelsi”dən ayrıldığı dönəmlə bağlı fikirlərini bölüşüb.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, “Çelsi”nin onun karyerasında çox mühüm mərhələ olduğunu bildirib:
“Bu, həyatımda çox vacib qərarlardan biri idi. Ailəm Londonda qalarkən Braziliyaya qayıtmaq asan olmadı. Onlar üçün çox darıxırdım və ayrılığın daha asan olacağını düşünürdüm”.
Silva “Çelsi”yə 2020-ci ildə, azad agent kimi PSJ-dən keçib və 2024-cü ilə qədər London klubunda çıxış edib. O, bu müddət ərzində 155 oyuna çıxaraq 9 qol vurub və 5 məhsuldar ötürmə verib.
41 yaşlı futbolçu “Çelsi” ilə birlikdə UEFA Çempionlar Liqasının, UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.
Bizi Facebook-da izləyin



