Bernardo Silva İspaniya klubuna təklif olunub

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniya liqasında davam etdirmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Barselona”ya keçmək qərarına gəlib. Oyunçunun agenti Jorje Mendeş onu Kataloniya klubuna təklif edib.

Silvanın “Mançester Siti” ilə müqaviləsinin müddəti bu ilin iyun ayının sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button