Şevçenkodan müharibə və Zelenskiylə bağlı açıqlama

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko ölkəsindəki hərbi vəziyyətdən danışıb.

Komanda.az xəbər verir ki, Şevçenko, “Rai 3” telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski haqda da fikirlərini bildirib:

“Hər şey dəhşətli yuxu kimi görünür. Düşünürəm ki, sabah oyanıb normal həyata qayıdacam. Amma başa düşürəm ki, bu baş verməyəcək. Bu, reallıqdır.

Ukrayna Avropanın bir hissəsi olmaq istəyir, bu, bizim qərarımız idi. Zelenski bizi azadlığımıza və müstəqilliyimizə aparan böyük prezidentdir”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button