Şevçenko İtaliya klubunda

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 45 yaşlı mütəxəssis “Cenoa”nı çalışdıracaq. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hələlik onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb. İtaliya mətbuatı Şevçenkonun 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcəyini yazıb.

Qeyd edək ki, “Cenoa” A Seriyasında 12 oyundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button