Mitroviç Sergeyi razı salmağa çalışacaq

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Fulhem” serbiyalı futbolçu ilə müqavilə imzalamağı planlaşdırır. Komandanın bombardiri Aleksandr Mitroviç Serbiya millisindəki komanda yoldaşını “Fulhem”ə keçməyə razı salmağa çalışacaq.

Milinkovic-Saviçin “Latsio” ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir. O, komandası ilə bu mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 9 qol vurub, 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button