Serbiyalı futbolçu: “Lazım olan 3 xalı qazandıq”

Serbiya milli komandasının futbolçusu Predraq Raykoviç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Azərbaycan yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az “nova.rs” saytına istinadən xəbər verir ki, Raykoviç, 2:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Matça yaxşı başladıq və yaxşı oynadıq. Lazım olan vaxtda qolu vurub, ilk hissəni öndə tamamladıq. İkinci pissə işlərimiz pis getdi. Diqqətsizlik etdik, rəqib qol vurdu. Penalti epizoduna qədər şansları yox idi. Əsas olan, qoldan sonra xarakter göstərdik. Lazım olan 3 xalı qazandıq.

İlk hissədə müdafiədəki anlaşılmazlığa görə təhlükə yaşandı. Xoşbəxtlikdən qol buraxmadıq. Düşünürəm ki, qapıya gələn zərbə güclü deyildi. Mənim işim qapıya gələn topları tutmaqdır”.

Serbiya yığması Azərbaycan millisini 2:1 hesabıyla məğlub edib. Serblərin qolunu Aleksandar Mitroviç, Azərbaycanın yeganə qolunu isə Emin Mahmudov penaltidən vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button