
Serbiya mətbuatı “Partizan”ın Cəfərquliyevə marağından yazdı
Serbiyanın “Partizan” klubu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlanır.
Komanda.az xəbər verir ki, “Sportissimo Republika” nəşri Belqrad klubunun rəhbərliyi bir müddətdir ki, sol cinah müdafiəçisi axtardığını və Cəfərquliyevin onların hədəflərindən biri olduğunu iddia edib.
Serblər azərbaycanlı futbolçu barədə bunu yazıb:
“Artıq bir neçə aydır ki, futbol dairələrində “Partizan”ın Cəfərquliyev kimi etibarlı müdafiəçini transfer etməkdə ciddi marağının olduğu söhbətləri gedir. Lakin serblərin hazırda “Qarabağ”ın müdafiəçisi ilə müqavilə imzalamaq üçün danışıqlar aparıb-aparmadığı barədə məlumat verilməyib”.
25 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



