“Qazprom” olmasaydı, biz bu gün harda olacaqdıq?”

Serbiyanın “Srvena Zvezda” klubunun direktoru Zvezdan Terziç Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Terziç Rusiya klublarının avrokuboklardan kənarlaşdırılması qərarını da tənqid edib:

“Biz qəzəblənirik. Bu yolu 1992-ci ildə keçmişik. Avropada anti-Rusiya havası var. Siyasət idmana lazımsız müdaxilə edir. Biz Ukrayna xalqına rəğbət bəsləyirik, amma rus xalqı serblərə yaxındır və həmişə belə olacaq. Rusiya hər zaman serblərin tərəfində olan superdövlətdir. Bizə formalarımızdan “Qazprom” yazısının silinməsi ilə bağlı müraciət daxil olmayıb. Ümid edirəm ki, bu baş verməyəcək. Bu, dəlilik olardı.

“Qazprom” 2010-cu ildən “Srvena Zvezda” ilə əməkdaşlıq edir. “Qazprom” olmasaydı, biz bu gün harda olacaqdıq? “Srvena Zvezda”nı sevən insanlar bu şirkətin klub üçün etdiklərini heç vaxt unutmayacaqlar”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button