
Seneqallı hücumçu “Bayern”dən ayrılacaq
“Bayern”in hücumçusu Nikolas Cekson mövsümün sonunda klubdan ayrılacaq. Münhen təmsilçisi onu “Çelsi”dən almaq hüququ ilə icarəyə götürüb, ancaq bu bənd aktivləşdirilməyəcək. İcarə müddətinin uzadılması da istisna olunur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, seneqallı hücumçunun bu yay “Bayern”də qalmama ehtimalı yüz faizdir.
Nikolas Cekson “Çelsi”yə qayıdacaq, ancaq müxtəlif mənbələrin dəfələrlə bildirdiyi kimi, London klubunun rəhbərliyi də ona ümid bəsləmir.
24 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



