“Selta”nın baş məşqçisindən “Əl-Əhli”yə keçən futbolçu haqda açıqlama

“Selta”nın baş məşqçisi Rafael Benites Qabriel Veyqanın “Əl-Əhli”yə keçdiyini təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Benites, Səudiyyə Ərəbistanı klubuna keçidin Veyqanın həyatını yaxşılığa doğru dəyişəcəyini bildirib:

“Əl-Əhli” ilə razılaşma Veyqanın həyatını yaxşılığa doğru dəyişəcək. Ağrılı olsa da, eyni zamanda klubumuza maddi yardım edəcək.

Səudiyyə Ərəbistanı təkcə yaşlı futbolçuların yeri deyil. Çində Karrasko var idi, o, qayıtdı və indi Çempionlar Liqasında oynayır”.

Veyqa 2022/23 mövsümündə “Selta”nın heyətində bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button