
“Şaxtyor”un prezidenti tarixin ən bahalı mülkünü alıb
“Şaxtyor”un sahibi Rinat Axmedov tarixin ən bahalı mülkünü satın alıb.
Komanda.az “The Business Times”-a istinadən xəbər verir ki, ukraynalı iş adamı Monakonun ən nüfuzlu yeni yaşayış kompleksi olan “Le Renzo”da 471 milyon avroya lüks mülk alıb. Bu əməliyyat tarixdə ən bahalı yaşayış əmlakı satışı olub.
Əmlak 2024-cü ildə 2-ci şahzadə Albert tərəfindən açılışı edilən Mareterra dənizkənarı rayonunda yerləşir. Axmedov tərəfindən satın alınan əmlak Aralıq dənizinə baxan balkonlar və terraslar daxil olmaqla, təxminən 2500 kvadrat metr sahəni əhatə edir. Mülkdə həmçinin, 21 otaq, şəxsi hovuz, cakuzi və ən azı səkkiz dayanacaq yeri var.
Razılaşma Ukrayna ilə Rusiya arasında münaqişənin başlamasından qısa müddət əvvəl əldə edilib və əməliyyat 2024-cü ildə başa çatıb. Bu barədə məlumat Monakonun kadastr qeydlərində yer alıb.
“System Capital Management” şirkəti əmlakın alınmasını təsdiqləsə də, təfərrüatlar verməkdən imtina edib.
Axmedov Ukraynanın ən varlı iş adamıdır. Onun sərvətinin 7 milyard dollardan çox olduğu bildirilir.
Bizi Facebook-da izləyin



