
“Mançester Siti” futbolçusunu uzun müddətə itirib
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Savionun (Savinyo) zədəsinin ciddiliyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun iki aya qədər oynaya bilməmə ehtimalının olduğunu söyləyib:
“Savio uzun müddət oynaya bilməyəcək. Uzun müddət, amma yüz il yox. Təxminən bir ay yarım-iki aya. O, bu mövsüm geri dönəcək”.
Savio yanvarın 1-də, “Sanderlend”lə matçda zədə alıb. 21 yaşlı futbolçu bu mövsüm “şəhərlilər”in heyətində 15 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



