“Yuventus” 60 milyon avroluq təklif hazırlayır – Serb üçün

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç qış transfer pəncərəsində komandasını dəyişə bilər. 

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Yuventus” yanvar ayında serbiyalı futbolçunu 50+10 milyon avroya almaq üçün təklif vermək niyyətindədir.

Turin klubu 27 yaşlı futbolçu ilə müqavilə bağlamağın çətin olacağını başa düşür. “Latsio”nun prezidenti Klaudio Lotito Milinkoviç-Saviçin İtaliyada başqa kluba keçməsini istəmir. Lakin tərəflər arasında razılıq var ki, Sergey yaxşı təklif alacağı təqdirdə, komandanı tərk edə bilər.

Milinkoviç-Saviç 2015-ci ildən “Latsio”da çıxış edir. O, bu mövsüm 12 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button