Sarri “Roma” iddiası və “Arsenal” haqqında danışdı

UEFA Avropa Liqasının 1/16 final mərhələsində “Malmö”yə 3:0 hesabı ilə qalib gələn “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri, açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Roma” ilə danışıqlar apardığı deyilən italiyalı mütəxəssis, bu iddiaları yalanlayıb:

“Roma” ilə hansısa danışığımız olmayıb, çünki “Çelsi” ilə 2021-ci ilədək müqaviləm var. Buna görə də, başqa klubla danışıqlar aparmağım mümkünsüzdür.

İtaliya qəzetlərinin birində Franko Baldini ilə axşam yeməyi yediyimi oxudum. Hazırda Frankonun Cənubi Afrikada olduğunu bilirəm. Sadəcə bir axşam yeməyi üçün Cənubi Afrikaya getmərəm”.

60 yaşlı mütəxəssis, Premyer Liqadakı vəziyyətlə bağlı da danışıb:

“Hər kəs “Arsenal”ın bu mövsümkü oyununu tərifləyir. Amma onlar kubokda mübarizə aparmırlar, liqada da bizdən az xalları var. Başa düşə bilmirəm ki, niyə insanlar bizim haqqımızda mənfi danışarkən, “Arsenal” barədə təsirli sözlər işlədirlər.

Yeni bir çempionatdayam və burda ilk mövsümüm olduğunü düşünsək, qəbul ediləcək “performans” sərgiləyirəm. Unutmayaq ki, mən mövsümü 5-ci pillədə bitirən bir komandaya gəlmişdim”.

Premyer Liqada keçirdiyi 26 turdan sonra 50 xal toplayan “zadəganlar”, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button