Sarri keçmiş futbolçusunu istəyir

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi “Yuventus”un “radar”ındadır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” “Çelsi”nin 25 yaşlı futbolçusu Emerson Palmierini heyətinə qatmaq niyyətindədir. “Yuventus”un baş məşqçisi Mauritsio Sarri “Çelsi”də birlikdə çalışdığı futbolçunun xidmətində maraqlıdır. Turin klubunun italiyalı futbolçu üçün qış transfer pəncərəsi dövründə rəsmi təklif göndərəcəyi bildirilir.

Bir müddət əvvəl “Çelsi”nin Emersona yeni – 5 illik müqavilə təklif etdiyi deyilirdi. 2018-ci ildən “zadəganlar”ın şərəfini qoruyan futbolçunun klubla hazırkı müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.