
“Bir futbolçunu “Bernabeu”da heç kim tənqid etməyibsə, o, böyük oyunçu deyil”
“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos keçmiş komandasının La Liqanın 20-ci turunda “Levante” ilə (2:0) keçirilən oyununda baş verənləri şərh edib.
Həmin matçda “kral klubu”nun azarkeşləri ev oyununda futbolçularını təzyiq altında saxlayaraq, fitə basmışdılar.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu hər kəsin qalib gəlmək istədiyini bildirib:
“Bir futbolçunu “Santyaqo Bernabeu”da heç kim tənqid etməyibsə, deməli, o böyük oyunçu deyil. Bu, “Real” deməkdir. Oyunun ən yaxşı tərəfi deyil, amma klubda oynamağın nə demək olduğunu yaxşı izah edir. Böyük oyunçular həmişə seçimini edirlər, bu, yaxşı nəticəyə gətirib çıxaracaq, ya yox – önəmli deyil. Amma sən oyunda deyil, matçdan əvvəl tənqid olunursansa, bu, klubun məqsədlərinə çatmağı asanlaşdırmayacaq. Hər kəs qalib gəlmək və yaxşı oynamaq istəyir”.
Kroos futbolçu karyerasını 2024-cü ildə başa vurub.
Bizi Facebook-da izləyin



