
Ceydon Sanço tezliklə yeni kluba keçə bilər
“Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sanço yaxın saatlarda Premyer Liqanın başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” ingilis futbolçunun 1 illik icarəsi barədə “qırmızı şeytanlar”la demək olar ki, razılaşıb. Eyni zamanda, vingerin “Mançester Yunayted”lə müqaviləsini uzatması ehtimalı da var.
Tərəflər arasında müqavilə 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.
Sanço bu mövsüm oynamayıb. 25 yaşlı futbolçu 2024/25 mövsümündə isə 42 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



