Sançes “Beşiktaş”a keçə bilər

“Roma” PSJ-dən icarəyə götürdüyü Renato Sançesi vaxtından əvvəl komandadan göndərmək istəyir.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin məşqçilər korpusu portuqaliyalı yarımmüdafiəçinin performansından məmnun deyil.

Sançes karyerasını Türkiyədə davam etdirə bilər. “Beşiktaş” 26 yaşlı oyunçunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

Sançes “Roma”nın heyətində meydana çıxdığı 9 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button