İbrahimoviçin “San Siro”da yaşadığı ən xoş xatirə

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliya klubunun ev stadionu olan “San Siro” ilə bağlı ən xoş xatirələrindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu xatirələrin 2023-cü ildə futboldan ayrıldığı anla bağlı olduğunu bildirib:

“San Siro” ilə bağlı ən xoş xatirəm təqaüdə çıxma mərasimidir, o atmosferdə unudulmaz bir hiss yaşadım. Klubun azarkeşləri üçün nə qədər vacib olduğumu hiss etdim, təkcə oyunçu kimi deyil, həm də bir insan kimi”.

44 yaşlı sabiq hücumçu 4 iyun 2023-cü ildə futbolçu karyerasını bitirdiyini elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button