
Samir Ələkbərov 1-ci Liqa komandasının baş məşqçisi oldu
Birinci Liqa komandası “Baku Sportinq”in yeni baş məşqçisi açıqlanıb.
Komanda.az xəbər verir ki, komandanın “sükan”ı Samir Ələkbərova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Ələkbərov “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “İrəvan” klublarında işləyib. O, son olaraq “Baku Sportinq”də akademiyada koordinator vəzifəsində çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


