“Şamaxı” hücumçusunu itirdi

“Şamaxı”nın əsas hücumçusu Amil Yunanov zədələnib.

Komanda.az xəbər verir ki, 29 yaşlı forvard Premyer Liqanın 5-ci turu çərçivəsində baş tutan “Turan Tovuz”la oyundan sıradan çıxıb.

Oyuna davam edə bilməyən futbolçu 18-ci dəqiqədə Kamran Quliyevlə əvəzlənib.

“Şamaxı” – “Turan Tovuz” matçı qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button