“Arsenal” futbolçusunun Olimpiadada iştirakına qadağa qoya bilər

“Arsenal”ın müdafiəçisi Vilyam Saliba 2024-cü il Olimpiadasında Fransa millisində oynamaya bilər.

Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, fransalı futbolçunun turnirə dəvət alacağı gözlənilir. Turnir FİFA tərəfindən tanınmadığı üçün “Arsenal” Salibanın Olimpiadada iştirakına qadağa qoya bilər. Klub hesab edir ki, müdafiəçi əvvəlcə AÇ-2024-də, sonra isə Olimpiadada Fransa millisində çıxış etsə, Premyer Liqada yeni mövsümün startını buraxa bilər.

22 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button