“O, ən yaxşı, ən yaxşı, ən yaxşı hücumçudur!” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salah haqda danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, alman mütəxəssis, Salahın əsl peşəkar olduğunu deyib:

“Salah əsl peşəkardır və həqiqətən də, oyununa nəsə əlavə etməyə çalışır. O, ən yaxşı, ən yaxşı, ən yaxşı hücumçudur! Salah təkcə qollarda deyil, həm də ötürmələri ilə əladır”.

30 yaşlı misirli futbolçu 2017-ci ildə “Liverpul”a qoşulub. Salah o vaxtdan bəri 257 matçda 158 qol vurub və 64 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilə qədər hesablanıb.

Bu gün “Liverpul” “Old Trafford”da “Mançester Yunayted”lə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button