“Arsenal”ın hücumçusu zədələnib

İngiltərə çempionatının 23-cü turunun “Liverpul”la qarşılaşmasında (3:1) “Arsenal”ın hücumçusu Bukayo Saka topuğundan zədə alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşün 77-ci dəqiqəsində ingilis futbolçu əli ilə məşqçilər korpusuna topuq nahiyəsini göstərərək tibbi yardıma ehtiyacı olduğunu bildirib. Nəticədə Saka əvəzlənib və onun yerinə Ris Nelson meydana daxil olub.

22 yaşlı hücumçu bu mövsüm 30 oyun keçirib, 11 qol vurub və 13 məhsuldar ötürmə edib.

23 oyundan sonra “Arsenal” 49 xalla Premyer Liqada ikincidir. Çempionata “Liverpul” başçılıq edir (51 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button