“Saka Salah qədər qüvvətli futbolçudur”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, öz “YouTube” kanalında Sakanın hazırkı səviyyəsinə görə Məhəmməd Salahla (“Liverpul”un hücumçusu) müqayisə oluna biləcək qədər güclü oyunçu olduğunu bildirib:

“Saka Salah qədər qüvvətli futbolçudur. Onun topu asanlıqla itirdiyi bir epizodu belə, xatırlamıram. O, çox möhkəm oyunçudur və meydanda son dərəcə effektivdir. Ən yaxşı formasındadırsa, meydanda inanılmaz şeylər edə bilir. O, “Arsenal” üçün çox vacib futbolçudur”.

Saka cari mövsümdə London komandasının heyətində 17 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button