
“Şahdağ Qusar”ın yeni baş məşqçisinin adı bəlli oldu
1-ci Liqa təmsilçisi “Şahdağ Qusar”ın yeni baş məşqçisinin adı bəlli olub.
Komanda.az xəbər verir ki, klub Fizuli Məmmədovla razılığa gəlib.
Onunla 1+1 illik müqavilə imzalanıb.
Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar.
Füzuli Məmmədov bundan əvvəl “Karvan-Yevlax”ın baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



