Sadıqov azarkeşləri avtomobillə motivasiya edəcək

“Ximki” klubu Rusiya çempionatının ev oyunlarından birində azarkeşləri arasında lotereya təşkil edəcək.

Komanda.az TASS-a istinadən xəbər verir ki, lotereyada bir azarkeş avtomobil qazanacaq. Moskva vilayətinin klubu qeyd edib ki, mövsümün sonuna qədər hər ev oyununda azarkeşlər arasında müxtəlif qiymətli hədiyyələr oynanılacaq:

“İştirak şərtləri belədir: azarkeşlər “Ximki”nin ev oyununa gəlməklə avtomatik olaraq uduş tirajının iştirakçısı olurlar. “Ximki”nin ev oyunlarından birində super mükafat – avtomobil oynanılacaq”.

“Ximki”nin əsas sponsoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button