Sabiq “Qalatasaray”lı İtaliya klubunda

İtaliyanın “Udineze” klubuna yeni baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, uğursuz nəticələrə görə Davide Nikola ilə yollarını ayıran A Seriyası təmsilçisi bu posta sabiq çalışdırıcısı İqor Tüdoru gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Tüdor ötən mövsüm də “Udineze”də baş məşqçi kimi fəaliyyət göstərib. Xorvatiyalı mütəxəssis cəmi 4 oyuna çıxardığı İtaliya klubu ilə 7 xal qazansa da, rəhbərliklə fikir ayrılığı səbəbindən vəzifəsindən ayrılmışdı.

İqor Tüdor “Udineze”dən əvvəl, 2017-ci ildə Türkiyənin “Qalatasaray” klubunda da baş məşqçilik edib.

Cari mövsümdə A Seriyasını tərk etmək təhlükəsiylə üzləşən “Udineze” hazırda 25 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button