Sabiq “Qəbələ”li futbol tarixinin rəmzi komandasında

Yamaykanın futbol tarixinin rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) adıçəkilən ölkənin simvolik 11-liyini müəyyənləşdirib.

“Qəbələ”nin sabiq futbolçusu Deon Barton da Yamayka tarixinin ən yaxşıları sırasına düşüb. 4-2-4 sxeminə uyğun qurulan komandada Barton ən yaxşı hücumçular sırasında göstərilib.

Barton 2010-2012-ci illər aralığında “Qəbələ”də çıxış edib və 50 oyuna 15 qol vurub.

Qapıçı: Varren Berret;

Müdafiəçilər: Yan Qudison, Ues Morqan, Rikardo Qardner, Frenk Sinkleyr;

Yarımmüdafiəçilər: Robbi İrl, Darril Pouell;

Hücumçular: Leon Beyli, Lindi Delapenya, Deon Barton, Gil Heron.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button