
Sabiq futbolçu “Arsenal”ın problemini açıqladı
“Arsenal”ın sabiq futbolçusu Yan Rayt İngiltərə Premyer Liqasının 28-ci turunda “Çelsi” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra keçmiş komandasının əsas problemini açıqlayıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Rayt, “topçular”ın oyunların sonlarında tez-tez əsəbi vəziyyətə düşdüyünü bildirib:
“Arsenal”da matçların son hissəsində tez-tez gərginlik yaranır. Komanda qələbəni daha erkən təmin etməlidir ki, daha rahat oynaya bilsin. İkinci hissələrdə rəqiblər Mikel Artetanın (“Arsenal”ın baş məşqçisi) komandası qarşısında tez-tez şanslar əldə edir. Ev oyunlarında mütləq qalib gəlmək lazımdır”.
“Arsenal” hazırda 64 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Mançester Siti”ni 5 xal qabaqlayır. “Şəhərlilər”in ehtiyatda bir oyunu var.
Bizi Facebook-da izləyin



