
Sabiq futbolçu Arbeloanı təriflədi: “Real” Alonsonun dövründə belə deyildi”
“Real”ın sabiq hücumçusu Xorxe Valdano Madrid klubunun oyununda baş verən dəyişiklikləri şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni baş məşqçi Alvaro Arbeloanın komandada futbolçuların motivasiyasını artırmaq və ruh yüksəkliyini bərpa etmək baxımından əla iş gördüyünü bildirib:
“Vilyarreal”la oyunda (2:0) komandada nümayiş olunan motivasiya heyrətamiz idi. Futbolçular 1-ci dəqiqədən 90-cı dəqiqəyə qədər tam birləşmişdilər. Bu, Xabi Alonsonun (keçmiş baş məşqçi) dövründə belə deyildi. Onun vaxtında futbolçular 20-25 dəqiqə baş məşqçinin tapşırıqlarını yerinə yetirirdi, sonra isə komanda dağılır, diqqətini itirirdi və nəticədə zəif oyun göstərirdi”.
Valdano, həmçinin, bunları deyib:
“Arbeloanın dövründə futbolçular daha çox özlərini oyuna verirlər. Onlar daha rahatdırlar. Alonsonun vaxtında komandada nə baş verdiyini bilmirəm, amma bir şey dəyişdi. Məncə, Arbeloa bunu başa düşür və vəziyyəti düzəldir”.
Bizi Facebook-da izləyin



