Sabiq futbolçudan “Mançester Siti”yə məsləhət

Uelsli sabiq futbolçu Din Sounders “Mançester Siti”yə Nqolo Kantenin transferini tövsiyə edib.

Komanda.az “talkSPORT”-a istinadən xəbər verir ki, Sounders, fransalı yarımmüdafiəçinin ilin ən yaxşı transferi ola biləcəyini söyləyib:

“Bu transfer mövsümün ən yaxşı alışı ola bilər. Kantenin mərkəz sahədə düşüncə tərzi müdafiəçiyə bənzəyir və bütün meydanı əhatə edir. 34 yaşı var? Hələ də zirvədə olmalıdır”.

O, Kanteyə müddəti bir il olan müqavilə təklif edilməsini tövsiyə edib.

Kan­te əvvəllər İngiltərə Premyer Liqasında “Lester” və “Çelsi”nin formasını geyinib. Hazırda isə o, Səudiyyə Ərəbistanının “Əl-İtti­had” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button