
Sabiq futbolçu Salahı “ağılsız” adlandırdı
Niderland millisinin keçmiş hücumçusu Marko van Basten Məhəmməd Salahın davranışını tənqid edib.
“Liverpul”un vingeri əvvəlki iki oyunda da ehtiyat oyunçular oturacağında olub və Premyer Liqada “Lids”ə qarşı bütün matçı (3:3) ehtiyatda keçirib. Oyundan sonra Salah klubu və baş məşqçi Arne Slotu tənqid edib:
“Klub üçün çox şey etdim və məni ələ salırlar. Afrika Millətlər Kubokundan əvvəl vida edəcəm. Bundan sonra nə olacağını bilmirəm”.
33 yaşlı misirli futbolçu UEFA Çempionlar Liqasında “İnter”ə qarşı oyunda da (1:0) heyətə daxil edilməyib.
Komanda.az xəbər verir ki, Van Basten “Ziggo Sport-da yayımlanan proqramda Salahı “ağılsız” adlandırıb:
“Deyərdim ki, o, may ayı böcəyi qədər ağılsızdır. O, belə reaksiya verirsə… Keçən mövsüm əla oyunlar keçirdi, amma bu il o qədər də yaxşı deyil. Son bir neçə ayda tamamilə pis olub.
Slot mənə həmişə dürüst və açıq fikirli biri kimi təsir bağışlayıb. O, münaqişələrdən çəkinmir və nəticədə əsassız heç nə demir. Salah da öz növbəsində, ona hücum etməyə başladı və səhv reaksiya verdi”.
Bizi Facebook-da izləyin



