
Sabiq futbolçu “Qarabağ”ın rəqibini tənqid etdi: “Basketbol oynayır”
“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager komandanın UEFA Çempionlar Liqasındakı uğursuzluğunu sərt tənqid edib.
Arne Slotun komandası ikinci turda səfərdə “Qalatasaray”a 0:1 hesabı ilə uduzub. Oyunun taleyini 16-cı dəqiqədə Viktor Osimhenin penaltidən vurduğu qol həll edib.
Komanda.az xəbər verir ki, Karrager matçdan sonra BBC-yə açıqlamasında belə deyib:
“Bu komandada top-səviyyəni görmürəm. “Liverpul” futbol yox, basketbol oynayır. Bunu mən hələ “Bornmut”la ilk oyundan sonra Arne Slota da demişdim. İndi isə baş məşqçi göstərməlidir ki, ona verilən pulları niyə alır. Məncə, o da bunu yaxşı anlayır”.
“Liverpul” ardıcıl ikinci dəfə məğlub olub. Komanda Premyer Liqada “Kristal Palas”a 1:2 hesabı ilə uduzmuşdu.
“Qırmızılar” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



