Sabiq futbolçudan “Milan”ın yeni hücumçusu haqda xoş sözlər

“Milan”ın sabiq oyunçusu Massimo Ambrozini klubun “Vest Hem”dən icarə əsasında transfer etdiyi hücumçu Niklas Fullkruq haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:

“Milan”ın qol üçün “xüsusi göz”ü olan birinə ehtiyacı var idi. Meydanda qol vurmağa aludə olan və yalnız qol haqqında düşünən birinə. Santyaqo Ximenes belə deyildi. Fullkruq isə bütün bunlara sahibdir”.

Almaniyalı futbolçu daha əvvəl “Vest Hem”də uğursuz bir dövr keçirib.

“Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button