
Sabiq futbolçu: “Mən Salahın tərəfindəyəm”
Sabiq futbolçu Pol Merson hücumçu Məhəmməd Salahın “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”dakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “The Anfield Talk” qəzetinə istinadən xəbər verir ki, o, misirli futbolçunun çox tənqid olunduğunu deyib:
“Mən Məhəmməd Salahın tərəfindəyəm. Düşünürəm ki, o, həddindən artıq tənqid olunub. Bəlkə də, bu açıqlamaları verməməli idi, amma o, insandır, qalibdir. Və o, əfsanədir”.
Salah davam edən fikir ayrılıqları səbəbindən tezliklə komandadan ayrıla bilər. Forvard İngiltərə klubunu ədalətsiz münasibətdə və vədləri pozmaqda açıq şəkildə günahlandırıb. Mübahisəli müsahibə nəticəsində o, “qırmızılar”ın Çempionlar Liqasında “İnter”ə qarşı oyun üçün heyətində yer almayıb. “Liverpul”un 33 yaşlı futbolçunu heyətə geri qaytarmağı planlaşdırıb-planlaşdırmadığı barədə hələlik heç bir məlumat yoxdur.
Bizi Facebook-da izləyin



