Sabiq “Fənərbaxça”lı Braziliya klubunda

“Fənərbaxça”nın sabiq futbolçusu Fernandaonun yeni komandası məlum olub.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin “Baiya” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı hücumçuyla 2020-ci ilə qədər müqavilə imzalanıb.

Karyerası ərzində “Bursaspor”, “Fənərbaxça” kimi klublarda çıxış edən Fernandao son olaraq Səudiyyə Ərəbistanının “Əl Vahda” klubunun uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button