“Sabah”dan ayrılan futbolçu Ukrayna klubunda

“Sabah”la yollarını ayıran Dmitro Klots karyerasını Ukraynada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Veres” klubuna keçib. Bu barədə Rovno təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klotsla müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Klots Azərbaycanda “Sabah”la yanaşı, “Keşlə”də də çıxış edib.

“Veres” yeni mövsümdə Ukrayna Premyer Liqasında mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button