“Sabah”ın Yusif İmanova görə apellyasiya müraciəti təmin olunmayıb

AFFA Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun şikayətini təmin etməyib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi sabiq qapıçısı Yusif İmanovla bağlı qərardan narazı qalsa da, müsbət cavab almayıb.

Oyunçuların Statusu və Transferi Komitəsinin “Yusif İmanov – Sabah Futbol Klubu” işi ilə əlaqədar ötən il dekabrın 3-də 8604 saylı qərarı qüvvədə saxlanılıb.

Ötən ilin sonunda Oyunçuların Statusu və Transferi Komitəsi “Sabah”ın İmanova 10 000 manat ödəməsi ilə bağlı qərar çıxarıb. Qapıçı hazırda “Kəpəz” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button