Konfrans Liqası: “Sabah”ın səfər matçının vaxtı bilindi

“Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununun vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da keçirilməsinə qərar verib.

“Sabah”ın səfər oyunu saat 20:00-da start götürəcək.

“Neftçi” isə bir gün sonra – iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.

“Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button