“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

“Sabah” Misli Premyer Liqasının 2-ci turunda səfərdə “Zirə” üzərində 3:1 hesablı qələbə qazanıb.

Komanda.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən matç “Sabah”ın futbolçuları Abdulaye Ba və Namik Ələskərov üçün əlamətdar olub.

Hər iki oyunçu Mərdəkandakı matçda “Sabah”da ilk qollarını vurublar. Həm seneqqallı müdafiəçi, həm də millimizin üzvü buna yeni komandasındakı ikinci rəsmi oyununda nail olub.

Ba oyunun 5-ci dəqiqəsində matçda hesabı açıb, Namik isə 48-ci dəqiqədə qarşılaşmada yekun hesabı müəyyənləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button