“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun
“Sabah” Misli Premyer Liqasının 4-cü turunda “Qəbələ” ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan və bakılıların 2:0 hesablı qələbəsi ilə başa çatan matç “Sabah”ın hücumçusu Davit Volkov və gənc futbolçu Seymur Məmmədov üçün əlamətdar olub.
Belə ki, gürcüstanlı forvard Qəbələ səfərində bu komandanın heyətində ilk qoluna imza atıb. Volkov buna “Sabah”dakı 4-cü rəsmi oyununda nail olub.
Seymur Məmmədov isə “Qəbələ” ilə görüşdə “Sabah”ın əsas komandasında debüt edib. 19 yaşlı yarımmüdafiəçi matçın 90+5-ci dəqiqəsində Aleksey İsayevin yerinə meydana daxil olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin