“Sabah”ın futbolçusuna Azərbaycan pasportu verilib

“Sabah”ın yeni transferi Ayaz Quliyev Azərbaycan Premyer Liqasında yerli futbolçu statusu ilə oynayacaq.

Klubdan Komanda.az-a verilən məlumata görə, yarımmüdafiəçiyə Azərbaycan pasportu verilib.

Bir müddətdir ki, davam edən proses artıq başa çatıb. Məlumata görə, Quliyev daxili oyunlarda məhz yerli statusu ilə oynayacaq. Onun Azərbaycan millisinə cəlb edilməsində də problem olmayacaq.

Quliyev bundan əvvəlki klublarında Rusiya vətəndaşı kimi oynayıb.

26 yaşlı futbolçunun “Sabah”la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button