“Sabah”ın futbolçusunda koronavirus aşkarlandı

“Sabah”ın futbolçusu Amadu Dialloda koronavirus aşkarlanıb.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında deyib. O, Diallonun koronavirus testinin müsbət çıxdığını deyib.

“Sabah” bu gün Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Səbail”i qəbul edəcək. Oyun saat 18:00-da start götürəcək.