
“Sabah” hələ də Mikelsdən cavab gözləyir
“Sabah”ın hücumçusu Coy-Lens Mikelsin klubdakı gələcəyi ilə bağlı məsələ hələ tam həll olunmayıb.
Komanda.az-ın əldə etdiyi məlumata görə, almaniyalı futbolçu ilə aparılan son danışıqlarda yekun qərar verilməyib. Klub hələ də futbolçuya etdiyi təklifə cavab gözləyir.
Mikelsin komandadan getməsi və ya qalması ilə bağlı yekun qərar yoxdur. O, gələcəyi ilə bağlı mövqeyini yaxın günlərdə açıqlamalıdır.
32 yaşlı forvard 19 qolla Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün bombardiri olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



