
“Sabah”ın 50-ci səfər qələbəsi
“Sabah” Misli Premyer Liqasında 50-ci səfər qələbəsini qazanıb.
Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, çempionatın 26-cı turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”a 4:2 hesabı ilə qalib gəlib.
“Sabah” 120-ci səfərində 50-yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də “Şamaxı” üzərində qazanıb – 1:0.
“Sabah” turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə “Şəmkir”ə çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



