“Sabah”ın 50-ci ev qələbəsi

“Sabah” Misli Premyer Liqasında doğma meydanda 50-ci qələbəsini qazanıb.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu yubiley 19-cu tura təsadüf edib. Paytaxt təmsilçisi öz meydanında “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Bakı klubu evdəki 50-ci qalibiyyətini 115-ci matçında əldə edib. Bununla da “Sabah” turnir tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib (1:0).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button