“Sabah”ın 20-ci ev qolu

“Sabah” Azərbaycan kubokunda 20-ci ev qoluna imza atıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu topu Velko Simiç vurub.

O, yarımfinalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.

Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Evdə ən çox qol vuran komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button