“Sabah”ın 100-cü qələbəsi

“Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib. Bakı klubu Misli Premyer Liqasının 23-cü turunda 7:1 hesabı ilə qalib gəlib.

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

“Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb – 1:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button